Türkiyədə meşə yanır, helikopter və təyyarələrlə müdaxilə edilir

Türkiyənin Hatay şəhərində meşə yanır.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Dörtyol rayonunda qeydə alınıb.

Yanğına havadan və qurudan müdaxilə edilir.

Yanğının söndürülməsinə iki təyyarə və bir helikopter cəlb olunub.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24