​Türkiyədə İŞİD qruplaşmasının 8 üzvü həbs edilib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Türkiyənin Diyarbəkir bölgəsində keçirilən antiterror əməliyyatı nəticəsində saxlanılan terrorçu İŞİD qruplaşmasının 17 üzvünün məhkəməsi keçirilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, məhkəmə onlardan 8-i barəsində həbs qərarı qəbul edib. 

Qeyd edək ki, həmin əməliyyat nəticəsində iki polis şəhid olub, 7 terrorçu zərərsizləşdirilib. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24