Türkiyədə hərbi avtomobil aşıb, 9 nəfər yaralanıb

Türkiyənin Hakkari-Van yolunda hərbi avtomobil aşıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində 9 hərbçi yaralanıb.

Onlar ərazidəki xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilir.

Məlumata görə, yolun sürüşkən olması qəzaya səbəb olub.

Digər xəbərlər