İran tərəfi Vaşinqtona ünvanladığı 7 şərtin icrasında israr edir və ABŞ-nin vitse-prezidenti Cey Di Vensin məktubunu cavablandırmayıb.
"Report" IRIB-yə istinadən xəbər verir ki, Vensin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezaiyə yazdığı məktub cavabsız qalıb.
"İran məktubu təhvil alıb, lakin hələlik ona cavab verməyib", - məlumatda bildirilib.
Qeyd olunub ki, Tehranın təklifinə zidd mövqe qəbuledilməzdir.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vensin Rezaiyə ünvanladığı məktubda İran tərəfinə dərman preparatlarının çatdırılması təklif edilib.