​Türkiyədə buruqda duz axtarılarkən neft aşkarlanıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Türkiyənin Niğde bölgəsinin Badak bələdiyyəsi ərazisində duz axtarılarkən həmin buruqdan neft aşkarlanıb.

"Report" xəbər verir ki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Ali Rıza Alaboyun bildirib.

Onun sözlərinə görə, 2014-cü ildə istehsal edilə biləcək neft ehtiyatı 42,6 milyon tona çatıb.

Ali Rıza Alaboyun deyib ki, 2003-2015-ci illər ərzində ölkə ərazisində 1048 kəşfiyyat quyusu qazılıb. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24