Türkiyənin Afyonkarahisar şəhərində sürücünün idarəetməni itirdiyi avtomobil yol nişanlarına çırpılaraq 5 metr hündürlükdən körpü inşaatına düşüb.
“Report” "Anadolu"ya istinadən xəbər verir ki, qəzada avtomobildəki 4 nəfər həlak olub.
Bildirilib ki, ölənlərin hamısı bir ailənin üzvləridir.
Hadisə Halımoru kəndinin yaxınlığında baş verib.
Faktla bağlı araşdırma aparılır.