Türkiyədə avtomobil qəzasında ana və övladı ölüb, 4 nəfər yaralanıb

Türkiyənin Burdur şəhərinin Ağlasun rayonunda iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Report” xəbər verir ki, axşam saatlarında İsparta-Antalya şosesində baş verən qəzada ölənlər ana və övladıdır.

Qəza yaralanan sürücülər və 2 sərnişin yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər