Türkiyədə avtomobil qəzası olub, 6 nəfər yaralanıb

Türkiyənin Şanlıurfa şəhərində avtomobil qəzasında 6 nəfər yaralanıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, hadisə Şanlıurfa-Bozova yolunun 20-ci kilometrliyində qeydə alınıb.

Belə ki, nəqliyyat vasitəsi sürücünün idarəetməsindən çıxaraq aşıb. Sürücü və sərnişinlər xəstəxanaya qaldırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər