Türkiyədə 65 yaşdan yuxarı şəxslərə qadağaların ləğvi tarixi açıqlandı

Türkiyədə 20 yaşdan aşağı və 65 yaşdan yuxarı vətəndaşlara tətbiq edilən məhdudiyyət mayın 27-dən etibarən ləğv olunacaq.

“Report” “Sabah”a istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar bu yaş qrupuna daxil olan Türkiyə vətəndaşlarına küçəyə çıxmaq qadağan edilib.

Kütləvi istirahət və əyləncə yerləri, çayxanalar, bazar, üzgüçülük hovuzları, idman mərkəzləri və başqa bu kimi müəssisələr iyunun 1-dən açılacaq. 

İyunun 15-dən isə vətəndaşlar təbiətə səyahət edə biləcəklər.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49