​Türkiyədə 31 terrorçu öldürülüb

Bakı. 5 noyabr. REPORT.AZ/ Türkiyə Hərbi-Hava Qüvvələrinin keçirdiyi antiterror əməliyyatı nəticəsində 31 terrorçu zərərsizləşdirilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, əməliyyat ölkənin Yüksəkova bölgəsində aparılıb.

Xəbərdə bildirilib ki, oktyabrın 4-də keçirilən aniterror əməliyyatı nəticəsində 15 terrorçu məhv edilmişdi: "Bu gün terrorçu qruplaşma üzvlərinin cəmləşdiyi yerlər təyin edilərək, həmin ərazilərin bombalanması nəticəsində daha 16 silahlı öldürülüb". 

Digər xəbərlər

SEPAH: ABŞ-nin MQ-9 dronu vurulub 14 avqust, 2026 / 16:41