Paşinyan: Azərbaycanla sülh sazişinin 2031-ci ilədək həllinə nail olmağı qarşıma məqsəd qoymuşam

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2031-ci ilədək imzalanması ehtimalından danışıb.

"Report"un erməni mediasına istinadən verdiyi məlumata görə, o, bunu hökumətin iclasında bəyan edib.

"Ən mühüm gündəliyimiz Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyasıdır. Mən özüm üçün 2031-ci ilədək bu məsələnin həllinə nail olmaq vəzifəsini qarşıya qoymuşam", - o bildirib.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49