İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

Türkiyənin İstanbul şəhərində leysana görə yolları su basıb, əyani tədris dayandırılıb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu səbəbdən nəqliyyatın hərəkəti çətinləşib, sıxlıq yaranıb.

Bildirilib ki, dünən axşam saatlarından başlayan yağışlı hava şəhər daxilində daşqınlara səbəb olub. "Yollar, yeraltı keçid və tunelləri su basıb", - məlumatda qeyd olunub.

Bununla yanaşı, İstanbulda əlverişsiz hava şəraitinə görə, sabah əyani tədris dayandırlacaq, dərslər distant formada keçiriləcək.

Digər xəbərlər