Türkiyə MN: "Sərhədi qanunsuz keçmək istəyən 8 FETÖ-çü saxlanılıb"

Yunanıstan istiqamətində Türkiyə sərhədini pozmaq istəyən ümumilikdə 17 şəxs, o cümlədən FETÖ terror təşkilatının 8 üzvü saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, saxlanılanlardan 1-i PKK/KCK terror təşkilatının üzvüdür.

Vurğulanıb ki, Türkiyənin sərhəd pozucularına qarşı mübarizəsi davam edir.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24