Bakı. 27 fevral. REPORT.AZ/ Türkiyənin Hərbi Dəniz Qüvvələri son 96 ildə ilk dəfə 3 dənizdə eyni vaxtda “Mavi Vətən - 2019” adı altında hərbi təlimlərə başlayıb.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, fevralın 27-də start verilən təlimlər Qara, Egey və Aralıq dənizlərinin şəqr hissisində keçirilir.
Təlimlərdə helikopterlər, Pilotsuz Uçan Aparatlar, 14 patrul, 7 sualtı, 7 minaovlayan, 16 hücum kateri, 7 sualtı, 1 təlim gəmisi olmaqla cəmi 103 hərbi gəmi iştirak edir.
Təlimlər martın 2-dək davam edəcək.
Qeyd edək ki, Türkiyə Respublikasının yaradıldığı 1923-cü ildən bəri ilk dəfədir belə irimiqyaslı təlimlər keçirilir.