Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Qazaxıstan Türk Dövlətləri Təşkilatı (TDT) ilə hərtərəfli qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə böyük əhəmiyyət verir.

"Report" Akordaya istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TDT ölkələrinin Daxili İşlər Nazirləri Şurasının iclası ərəfəsində keçirilən Türk ölkələrinin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşündə bildirib.

"Türk Dövlətləri Təşkilatı dostluğumuzun möhkəmlənməsinə böyük töhfə verir. Qazaxıstan bu nüfuzlu qurumla hərtərəfli qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə böyük əhəmiyyət verir. Təşkilatın iştirakçı dövlətləri müxtəlif sahələrdə, o cümlədən güc strukturları arasında qarşılıqlı əlaqələri genişləndirirlər. Bu baxımdan daxili işlər nazirlərinin görüşü xüsusi əhəmiyyət kəsb edir", - K.Tokayev bildirib.

O qeyd edib ki, Türk ölkələrinin əməkdaşlığı ildən-ilə möhkəmlənir, çünki onları tarixi keçmiş, oxşar dil və ənənələr, eləcə də ümumi maraqlar birləşdirir.

Digər xəbərlər