Terrorçuluğun dəstəklənməsi bumeranq effekti verəcək.
“Report”un xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş parlamentdə çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyənin terrorla mübarizəsi davam edəcək: “Terroru dəstəkləyənlər bilməlidilər ki, bu, gec-tez onların özünə problem yaradacaq”.
“Terror qarşısındakı ən böyük qüvvə Türkiyə parlamenti və demokratiyadır”, - N.Kurtulmuş vurğulayıb.