Tbilisidə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib

Gürcüstanda səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti martin 17-də Tbilisi şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Bildirilib ki, abidənin önünə gül dəstələri düzülüb, Ümummilli Liderin xatirəsi dərin ehtiramla anılıb.

Xəbər lenti