Tbilisidə ölkənin daxili işlər nazirinin istefası tələbi ilə növbəti aksiya keçirilir

Gürcüstanın paytaxtı Tbilisidə daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə növbəti aksiya başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiya sayca 16-cıdır.

Təşkilatçılar iyunun 20 və 21-də Tbilisidə etiraz aksiyalarında iştirak edən bəzi şəxslərin saxlanılmasına etirazlarını bildiriblər.

Onların sözlərinə görə, aksiyanın zor gücünə dağıdılmasından sonra hökumətin digərlərinin məsuliyyəti barədə danışmasına mənəvi haqqı yoxdur. 

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40