​Tacikistan parlamenti konstitusiya düzəlişlərini təsdiqləyib

Bakı. 22 yanvar. REPORT.AZ/ Tacikistan parlamentinin Aşağı Palatası ölkənin mövcud konstitusiyasına edilən əlavə və dəyişiklikləri təsdiqləyib.

"Report" xəbər verir ki, bu haqda Tacikistan KİV-i məlumat yayıb.

Məlumata görə, ölkənin əsas qanununa edilən əlavə və dəyişikliklərlə bağlı referendum da keçiriləcək.

Xəbərə əsasən, əlavə və dəyişikliklər daha çox ölkənin təhlükəsizliyi sahəsini əhatə edir.

Digər xəbərlər