Sloveniya şirkətləri Orta Dəhlizin inkişafında iştirak etmək istəyir

Sloveniya şirkətləri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafında iştirak etməyə hazır olduqlarını bildiriblər.

Bu barədə "Report"un yerli bürosuna "Qazaxıstan Dəmir Yolları" SC-dən məlumat verilib.

Qurumun rəhbərliyinin Sloveniya şirkətlərinin nümayəndələri ilə görüşündə nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi imkanları və Orta Dəhlizin inkişafı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

"IT-həlləri, logistika, energetika və nəqliyyat infrastrukturu, həmçinin dəmir yolu sənayesi sahəsində şirkətlərin rəhbərləri Qazaxıstana gələrək nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi imkanlarını, Orta Dəhlizin inkişafı çərçivəsində əməkdaşlıq məsələlərini, limanlar və logistika mərkəzləri üçün rəqəmsal məhsulların birgə layihələrinin reallaşdırılmasını müzakirə ediblər", - qurumdan bildirilib.

Görüş iştirakçıları həmçinin iki ölkənin əməkdaşlığının daha da genişləndirilməsinə yönəlmiş birgə işə hazır olduqlarını ifadə ediblər.

Xəbər lenti