Serdar Kılıç Ermənistanda səfərdədir

Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistana səfər edib.

"Report"un Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

"Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan Ermənistan-Türkiyə sərhədindəki "Marqara" nəzarət-buraxılış məntəqəsində Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçı qarşılayıb", - A.Badalyan qeyd edib.

Digər xəbərlər