“Tehranda keçiriləcək “3+3” formatında nazirlərin görüşü regionda baş verən hadisələrlə bağlı fikir mübadiləsi üçün əsas platformaya çevriləcək”.
"Report" IRNA-ya istinadən xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.
“Regional məsələlər xarici qüvvələrin müdaxiləsi olmadan birbaşa region ölkələri arasında qarşılıqlı fəaliyyət yolu ilə həll edilə bilər”, - o bildirib.
Xatırladaq ki, bu gün İranın paytaxtı Tehranda xarici işlər nazirlərinin “3+3” formatında görüşü keçiriləcək. Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Gürcüstan görüşdə iştirak etməyəcək.