Ryazan vilayətində barıt sexində baş verən partlayışda beş nəfər ölüb - YENİLƏNİB

Rusiyanın Ryazan vilayətindəki "Elastik" zavodunun barıt sexində baş verən partlayış və yanğın nəticəsində beş nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Barıt sexinin binası tamamilə dağılıb, dağıntılar altında insanlar qalıb.

13:38

Rusiyanın Ryazan vilayətində "Elastik" zavodunun barıt sexində baş verən partlayış nəticəsində üç nəfər ölüb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar üzrə xidmətlər məlumat yayıb.

Bundan əlavə, partlayış nəticəsində 20 nəfər xəsarət alıb.

Digər xəbərlər