Ryabkov: Rusiya Trampın Ukrayna planının detallarının açıq müzakirəsinə hazır deyil

Rusiya ABŞ Prezidenti Donald Trampın Ukrayna planının təfərrüatlarını açıq müzakirə etməyə hazır deyil.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Biz baş verənlərin bəzi detallarını, o cümlədən bu sülh planının müxtəlif versiyalarını açıq şəkildə müzakirə etməyə hazır deyilik. Nəticə etibarilə, dialoq prosesinin davam etməsi üçün vaxt və diqqət lazımdır", - o deyib.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49