Rusiyanın nəqliyyat təyyarəsi Suriyada qəzaya uğrayıb, 32 nəfər ölüb

Bakı. 6 mart. REPORT.AZ/ Rusiyanın "An-26" nəqliyyat təyyarəsi Suriyanın Hmeymim aviabazasına eniş edərkən qəzaya uğrayıb, 26 sərnişin və 6 ekipaj üzvü ölüb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən məlumat verilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə vurulmayıb, qəzaya texniki problem səbəb ola bilər.

Hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24