Rusiyada yaşayış evi yanıb, ölənlər var

Bakı. 1 yanvar. REPORT.AZ/ Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində yaşayış binasında yanğın baş verib. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Yanğın nəticəsində 7 nəfər ölüb, onlardan üçü uşaqdır. 

Yanğın söndürülüb, hadisənin başvermə səbəbləri araşdırılır.

Digər xəbərlər