Rusiya Hərbi-Kosmik Qüvvələrinin uzaq hədəfli bombardmançı “Tu-22 M3” təyyarəsi Həştərxan vilayətində məcburi eniş edərkən yanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı yerli əməliyyat xidməti yayıb.
Bildirilib ki, təyyarə tamamilə dağılıb. Onun vəziyyətini xüsusi komissiya müəyyənləşdirəcək. Hazırda “Tu-22 M3” söndürülüb. Təyyarənin düşdüyü yerdən daşınması məsələsinə baxılır.
***15:37
Rusiyanın Həştərxan vilayətində “Tu-22” raketdaşıyan təyyarənin planlaşdırılmış uçuş zamanı mühərriyində nasazlıq müşahidə edilib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, heyət təyyarəni yaşayış məntəqəsindən uzaqlaşdıraraq torpaq üzərinə qəza enişi edib.
Məlumata görə, uçuş döyüş avadanlığı olmadan həyata keçirilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.