Rusiyada ticarət mərkəzində güclü yanğın olub - VİDEO

Bakı. 19 noyabr. REPORT.AZ/ Bazar ertəsinə keçən gecə, Rusiyanın Vladivostok şəhərində yerləşən "Bum" ticarət mərkəzində güclü yanğın baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə zamanı xəsarət alan olmayıb.

Alov 800 kvadratmetr sahəni əhatə edib. Əraziyə 8 yanğınsöndürmə briqadası cəlb edilib.

Bundan əvvəl Bakının "Sədərək" Ticarət Mərkəzində yanğın baş verib.

Digər xəbərlər