Rusiyanın Mari El Respublikasında əlverişsiz hava şəraiti səbəbindən ölənlərin sayı 6-ya çatıb. Onlardan üçü uşaqdır.
“Report” xəbər verir ki, bu barədə regionun başçısı Yuri Zaytsev teleqramda bildirib.
“Təbii fəlakət sonucunda Tair və Yalçik göllərinin ərazilərində çoxlu sayda ağaclar aşıb. İndi orada bütün fövqəladə hallar xidmətləri fəaliyyət göstərir. Yollar hazırda təmizlənib. Düşərgələrdə uşaqlar tam təhlükəsizlikdədirlər. İndiyə olan məlumata görə, bizdə 3-ü uşaq olmaqla 6 nəfər ölüb. Ümumilikdə 22 nəfər zərər çəkib”, - respublikanın başçısı diqqətə çatdırıb.
23:07
Rusiyanın Mari El Respublikasında əlverişsiz hava şəraiti səbəbindən ikisi uşaq olmaqla üç nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, güclü külək və leysan bu gün axşam saatlarında Tair və Yalçik gölləri yaxınlığını vurub. Həmin zaman orada çoxlu istirahət edən olub.
Qasırğa xeyli sayda ağacları yıxıb, onlardan bir neçəsi insanların olduğu çadırlara düşüb.
Olay nəticəsində 6 nəfər zərər çəkib, onlardan 3-ü ölüb.