Rusiyada pilotsuz sistemlər qoşunlarının formalaşması 2026-cı ildə başa çatacaq

Rusiyanın pilotsuz sistemlərdən ibarət qoşunların tam formalaşması 2026-cı ildə başa çatdırılacaq.

"Report"un Rusiya KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin müdafiə naziri Andrey Belousov bildirib.

"Növbəti ildə pilotsuz sistemlər qoşunlarının formalaşdırılmasını başa çatdırmaq lazımdır. Qruplar və heyətlər tərəfindən ayrı-ayrı tapşırıqların yerinə yetirilməsindən bölmələr və hərbi hissələr tərkibində kompleks birgə fəaliyyətlərə keçmək lazımdır", - A.Belousov deyib.

Onun sözlərinə görə, qeyd edilən qoşunların ehtiyacları üçün onların şəxsi heyətinin təlim sistemini əhəmiyyətli dərəcədə genişləndirmək, on minlərlə insanı bu hazırlıq prosesindən keçirmək lazımdır.

Digər xəbərlər

İran Kiprə nota verib 17 dekabr, 2025 / 10:23