Rusiyada son bir gündə daha 9 393 nəfərə COVID-19 diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 409 438 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 443 nəfər artaraq 92 937-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 003 576 nəfər sağalıb.