Rusiyada koronavirusa yoluxanların sayı 380 000-ə yaxınlaşır

Rusiyada son sutkada daha 8 371 nəfər koronavirusa yoluxub, 174 nəfər ölüb. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin operativ qərargahı məlumat yayıb. 

Bununla da Rusiyada koronavirusa yoluxanların ümumi sayı 379 051-ə yüksəlib. Ölkədə pandemiyadan ölənlərin sayı isə 4 142 nəfərə çatıb.

Son sutkada 8 785 pasiyent sağalıb. Bununla da infeksiyadan sağalanların ümumi sayı 150 993 nəfərə yüksəlib. Pandemiya ölkənin 85 regionunda qeydə alınıb.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24