Rusiyanın Krasnoyarsk diyarında şəxsi hidrotəyyarə Dudinka sənaye zonası yaxınlığında çaydan havaya qalxarkən qəzaya uğrayıb.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 2 nəfər ölüb. Qəzanın hansı səbəbdən baş verdiyi hələ məlum deyil.