Bakı. 12 aprel. REPORT.AZ/ Rusiyanın Voronej vilayətində təlim-məşq uçuşu zamanı “Yak-130” hərbi təyyarəsi qəzaya uğrayıb.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, təyyarə insan olmayan əraziyə düşüb. Təyyarəçi-təimçi və kursant katapultasiya edərək, yerə salamat düşüblər.