Rusiyada daha bir hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Rusiyada Saratov hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

"Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün Saratov (Qaqarin) hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda qeyd olunub.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40