Bakı. 4 avqust. REPORT.AZ/ Rusiyada “Mir” mədən quyusunu su basması nəticəsində oradan təxminən 150 nəfər təxliyə edilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib.
“Alros” şirkətinə məxsus olan şaxtada daha 100 nəfər qalıb.
Qeyd edək ki, 1955-ci ildə kəşf edilən bu almaz yatağı Yakut Saxa Respublikasının ərazisində yerləşir.