Rusiyada 5,6 bal gücündə zəlzələ baş verib

Bakı. 25 iyul. REPORT.AZ/ Rusiyada 5,6 bal gücündə zəlzələ baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Saxalin vilayətində, Kuril adaları yaxınlığında olub.

Yeraltı təkanlar yerli vaxtla saat 06:03-də Sakit okeanda, 120 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntı və ya tələfat qeydə alınmayıb. Sunami təhlükəsi haqda məlumat verilmir. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24