Rusiya XİN başçısı Pakistan, Qazaxıstan və İrana səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pakistan, Qazaxıstan və İrana səfər edəcək.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aprelin 1-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Sergey Lavrov aprelin 6-7-də Pakistana səfər edəcək. Səfər çərçivəsində bu ölkənin XİN başçısı Mahdum Şah Mahmud Qureyşi ilə görüşəcək. Görüşdə ikitərəfli münasibətlər və Əfqanıstandakı vəziyyətin müzakirəsi gözlənilir.

Rusiya XİN başçısı aprelin 7-8-də Qazaxıstana gedəcək. Orada Avrasiya İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və MDB çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Aprelin 13-də S.Lavrov Tehrana səfər edəcək. Onun iranlı həmkarı Məhəmməd Cavad Zəriflə ikitərəfli əməkdaşlığı müzakirə edəcəyi gözlənilir.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49