Rusiya Dövlət Dumasının binası qəzalı vəziyyətdədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Duma sədrinin müavini İqor Lebedev bildirib.
Onun sözlərinə görə, inşaatçılar Dövlət Dumasının özülündə iki boşluq aşkarlayıblar.
İ.Lebedev hazırda araşdırmaların davam etdiyini söyləyib.
O deyib ki, özüldə yeni boşluqlar aşkarlanarsa, binanın qəzalı vəziyyətdə olduğu elan ediləcək.