Rusiya - Afrika XİN başçılarının ikinci forumu Qahirədə keçiriləcək

Rusiya - Afrika xarici işlər nazirlərinin ikinci forumunun Qahirədə keçirilməsi gözlənilir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə SPIEF-2025 Təşkilat Komitəsinin məsul katibi Anton Kobyakov bildirib.

"Biz artıq iki dəfə Rusiya - Afrika zirvə görüşünü ən yüksək səviyyədə keçirmişik. Bu il Qahirədə Rusiya və Afrika ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Biz buna hazırlaşırıq. Afrika mövzusu bizim üçün daimi xarakter daşıyır", - o qeyd edib.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24