Bakı. 3 iyul. REPORT.AZ/ Rusiyanın Krasnodar vilayətinin Kuşevsk hərbi hava limanında "MiQ-29" qırıcısı qəzaya uğrayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Məlumata görə, hadisə Bakı vaxtı ilə saat 16:47-də baş verib. Qəza təlim uçuşu zamanı baş verib.
Təyyarənin pilotu katapult olunub. Xilasedicilər onu təxliyyə edib və həyatı üçün təhlükə yoxdur.