Robert Köçəryanın tərəfdarı olan teleşirkət rəhbərinə qarşı ittiham irəli sürülüb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Ermənistanın sabiq prezidenti Robert Köçəryanın tərəfdarı olan H-2 teleşirkətinin rəhbəri Samvel Mayrapetyana rüşvət alma maddəsi ilə ittiham irəli sürülüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə vəkil Karen Batikyan məlumat verib.

Onun sözlərinə görə, S.Mayrapetyan özünü təqsirli hesab etmir.

Oktyabrın 6-da saxlanılan S.Mayrapetyan barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri məsələsinə baxılır.

Digər xəbərlər