Rəsmi Tehran xarici ölkələrdəki iranlıların geri qayıtmasına dəstək üçün qurum yaradacaq

Xarici ölkələrdəki iranlıların geri qayıtmasına dəstək üçün İran Ali Şurası yaradılacaq.

"Report" İRNA-ya istinadən xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani Nazirlər Kabnetinin iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İslam Respublikası hökumətin sentyabrın 17-də keçirilən iclasında xaricdəki iranlılara dəstək məsələsi də müzakirə olunub.

Sözçü deyib ki, bununla əlaqədar İran Ali Şurası formalaşdırılacaq.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49