Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə baş nazirin müavininin ofisi məlumat yayıb.
Görüş zamanı regiondakı vəziyyət və kommunikasiyaların açılması prosesi müzakirə olunub.
Tərəflər xüsusilə Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolunun bərpası məsələsinə toxunublar.