Qazaxıstan Prezidenti Xəzərin çirklənmədən qorunması protokolunu imzalayıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzərin yerüstü mənbələrdən çirklənməsinin mühafizəsi üzrə ratifikasiya protokolu haqqında qanunu imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat Xidməti noyabrın 1-də məlumat yayıb.

“Dövlət başçısı “Xəzər dənizinin yerüstü mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Protokolunun təsdiq edilməsi haqqında Qazaxıstan Respublikası Qanununu” imzalayıb”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, protokol 2012-ci ilin dekabrında imzalanıb. Sənədin məqsədi Xəzəri çirklənmədən qorumaqdır.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24