Putin: Rusiya silahlanma yarışını qızışdırmaqda maraqlı deyil

Rusiya silahlanma yarışını daha da qızışdırmaqda maraqlı deyil.

"Report"un yerli KİV-ə istinadən məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib.

Onun sözlərinə görə, ölkə 5 fevral 2026-cı ildən sonra bir il ərzində Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinə (START) uyğun olaraq məhdudiyyətlərə riayət etməyə hazırdır.

"2026-cı ildə START-ın müddətinin bitməsi raket potensialına birbaşa məhdudiyyətlər qoyan son sazişin yox olması deməkdir", - deyə o bildirib və qeyd edib ki, START-ın irsindən tam imtina səhv olardı.

Digər xəbərlər

Paşinyan yeni müşavir təyin edib 08 dekabr, 2025 / 20:02