Putin MDB dövlət başçılarını ilin sonunda Sankt-Peterburqa sammitə dəvət edib

Rusiya Prezidenti Vladimir Putin MDB-yə üzv dövlətlərin başçılarını 2022-ci ilin sonunda Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitə dəvət edib.

"Report" xəbər verir ki, Rusiya lideri Sankt-Peterburqun 2023-cü ilin "Mədəniyyət Paytaxtı" elan edilməsi təşəbbüsünü dəstəklədiklərinə görə dövlət başçılarına minnətdarlığını bildirib.

"Həmkarlarımla artıq müzakirə etdik: 2023-cü il ərəfəsində gələcək "Mədəniyyət Paytaxtı"nda qeyri-rəsmi görüş keçirmək olar. Hamınızı məmnuniyyətlə həmin görüşə dəvət edirəm", - Putin həmkarlarına müraciət edib.

Xatırladaq ki, MDB dövlət başçıları 2021-ci il dekabrın 28-də, Yeni il öncəsi Sankt-Peterburqda görüşüblər. Bu il oktyabrın 7-də isə Vladimir Putinin doğum günündə bu şəhərdə siyasətçilərin qeyri-rəsmi görüşü keçirilib. İclasda Azərbaycan Prezidenti İlham Əliyev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak ediblər.

Digər xəbərlər

Zelenski Kiprdə səfərdədir 07 yanvar, 2026 / 12:15