"Dağıstandakı hadisələr ilə Rusiyanı daxildən sarsıtmaq istəyirdilər”.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Biz buna diqqət yetirməli və Rusiya Federasiyasının qanunlarına uyğun olaraq lazımi cavab verməliyik”, - o vurğulayıb.
Qeyd edək ki, Rusiya İstintaq Komitəsi Dağıstandakı iğtişaşlarda fəal iştirak edən 20-dən çox şübhəli şəxsi müəyyənləşdirib.
Xatırladaq ki, oktyabrın 29-da axşam saatlarında Mahaçqala hava limanında kütləvi iğtişaşlar baş verib. Təl-Əvivdən gələn təyyarənin Mahaçqala aeroportunda enişindən sonra bir qrup şəxs uçuş zolağına çıxıb. Onlar ölkəyə gələn yəhudilərin çıxarılmasını tələb ediblər.