Pilotsuz uçuş aparatı (PUA) ilə kütləvi hücumlardan sonra Rusiyanın Saratov və Engels şəhərlərindəki iki sənaye müəssisəsi zərər görüb.
“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Saratov vilayətinin qubernatoru Roman Busarqin məlumat verib.
"Bu gün Saratov və Engels şəhərləri PUA-ların kütləvi hücumuna məruz qalıb. Hava Hücumundan Müdafiə (HHM) vasitələri tərəfindən çoxsaylı hədəflər məhv edilib", - sosial şəbəkələrdə bildirilib.
Onun sözlərinə görə, hadisə yerlərində təcili xidmətlər işləyir.