İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Qazaxıstana rəsmi səfər edəcək.
"Report"un Akordaya istinadən verdiyi məlumata görə, Pezeşkianın səfəri 10-11 dekabr tarixlərində baş tutacaq.
"Səfər çərçivəsində yüksək səviyyəli danışıqların keçirilməsi planlaşdırılır. Bu zaman ticari-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə Qazaxıstan-İran əməkdaşlığının daha da gücləndirilməsinə dair məsələlər müzakirə ediləcək", - Qazaxıstan dövlət başçısının mətbuat xidmətinin məlumatında bildirilib.